“Sən öz peşəni seçmisən?” layihəsi yekunlaşmışdır

280

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 10-cu qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Sən öz peşəni seçmisən?” layihəsi yekunlaşmışdır. Layihə Sabirabad rayonu ümumi təhsil müəssisələrində məktəblilərin dərsdənkənar vaxtlarında peşə seçimi barədə maarifləndirici tədbirlərin, yəni seminarların və müxtəlif müsabiqələrin təşkilinə həsr olunmuşdur. Məktəblilərin peşə və karyera seçimində təcrübəsiz və ya az məlumatlı olması bir problem kimi müəyyən edilmişdir. Bu isə gələcəkdə onların növbəti mərhələlərdə təhsil almaq seçiminə birbaşa təsir edir. Bu təhlillər nəticəsində məktəbliləri peşə seçimi etmək və karyerada inkişaf haqqında maarifləndirmək qarşıya qoyulan hədəf idi.
Sabirabad rayonunda keçirilən “Sən öz peşəni seçmisən?” layihəsinə müsabiqə yolu ilə cəlb olunan 110 nəfərə 23, 24, 26 yanvar tarixlərində təlimlər keçirilmişdir.