“Könüllülər üçün könüllü psixoloq” layihəsi çərçivəsində könüllü psixoloqlarla ilk görüş həyata keçirilib

189

3 fevral 2018-ci il tarixində “Könüllülər üçün könüllü psixoloq” layihəsi çərçivəsində könüllü psixoloqlarla ilk görüş həyata keçirilib. Görüş zamanı layihədə iştirak etmək üçün seçilmiş könüllü gənc psixoloqlarla layihənin təşkilati və texniki məsələləri ilə bağlı müzakirələr aparılıb, layihənin əsas məqsəd və vəzifələri onların diqqətinə çatdırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, ASAN Könüllüləri Gənclər Təşkilatının təşkilati dəstəyi ilə “Gənc Psixoloqlar” ictiami birliyi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi respublika əhəmiyyətli layihələrdə könüllü olaraq iştirak etmiş gənclər arasında ünsiyyət və özünü ifadə çətinliyi yaşayanlara psixoloji yardımın göstərilməsindən ibarətdir.