“Peşə-Gələcəyimizin Təminatıdır” layihəsi həyata keçirilmişdir

48

“Peşə-Gələcəyimizin Təminatıdır” adlı layihə Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı şəhərində 16-19 yanvar tarixlərində uğurla həyata keçirilmişdir. Layihə çərçivəsində 15-18 yaş arası 100-dən çox yeniyetmə və gənc iştirak etmişdir. Seminarlarda çıxış edən mütəxəssislər peşəkar olmaq üçün düzgün seçim etmək və öz peşəsini sevə-sevə yerinə yetirməyin əsas şərt olduğunu vurğulamışdırlar. Eyni zamanda səsləndirildi ki, hər bir ölkənin iqtisadi qüdrəti yalnız onun təbii resursları, sənayesi ilə deyil inkişaf etmiş insan resursları ilə qiymətləndirilir. İnsan resurslarının inkişaf etdirilməsində isə peşə təhsili mühüm rol oynayır. Bu məqsədlə dövlətimiz ölkədə peşə təhsilini inkişaf etdirməsi üçün mühüm tədbirlər həyata keçirir. Düzgün göstərilməyən yol və ya məqsəd sonda yeniyetmələrin tüfeyli həyat tərzi keçirmələrinə gətirib çıxarda bilər. Seminarlar qarşılıqlı müzakirələrlə keçirildi. Layihə rəhbəri Kamran Kazımov bu layihənin yeniyetmələrin və gənclərin düzgün peşə seçmələrində, öz peşələrini sevmələrində mühüm rol oynayacağına inandığını bildirmişdir.