“İstedad əngəl tanımır” layihəsi çərçivəsində yekun tədbir keçirildi

36

Azərbaycan Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi olmuş “İstedad əngəl tanımır” layihəsi çərçivəsində 28 dekabr Binəqədi rayon Gənclər evində layihənin yekun tedbiri olan mətbuat konfransı keçirildi.
Layihə rəhbəri Sevinc Zeynalova tədbir iştirakçılarını salamlayaraq layihə barədə fikirlərini bildirib. Tədbirdə həmçinin öncəki tədbirlərdə iştirak edən münsiflər və müsabiqə qalibləri mətbuat nümayəndələri qarşısında çıxış edərək layihə barəsində öz təəsüratlarını bölüşüb. Bu tip layihələrin davamlı olmasını, fiziki məhdudiyyətli gənclərin cəmiyyətə tanıdılmasında verdiyi dəstəyə görə layihə rəhbərini təbrik edib. Bu cür layihənin cəmiyyətdə fiziki məhdudiyyətli gənclərin istedadlarının inkişafında mühüm rol oynadığını söyləyərək, istedadları olan sahədə daha da inkişaf etmələrini tövsiyyə ediblər. Həmçinin münsif, peşəkar rəssam Esmiralda Tağızadə öz rəsm studiyasında gənclərə masterklass verəcəyini qeyd edib.
Sonda layihə rəhbəri bütün iştirakçılara və könüllülərə öz minnətdarlığını bildirib.