“Gənc Turizm Sahibkarı” layihəsi çərçivəsindəyekun tədbir həyata keçirilmişdir

220

18-22 dekabr tarixlərində Balakən və Qax rayonlarında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Gənc Turizm Sahibkarı” layihəsi çərçivəsində tədbirlər həyata keçirilmişdir. Tədbirlər ərəfəsində ümumilikdə 4 fərqli qrupda 100-dən çox iştirakçıya seminarlar keçirilmişdir. İştirakçılar əsasən məktəbin 8-11-ci sinif şagirdlərindən təşkil olunmuşdur. Aktiv iştirakçılar seminarlardan sonra sertifikatla təltif olunmuşdur. Tədbir zamanı layihə ilə bağlı ilkin və ümumi məlumatlandırıcı xarakterli bukletlər paylanmışdır.
Qeyd edək ki, layihə üzrə Balakən və Qax rayonlarının öncədən müəyyənləşdirilməsi heç də bir mənalı deyildir. Belə ki, layihənin ilkin mərhələsində regionun əhalisi arasında sorğu və müşahidə üsulu ilə araşdırmalar aparılmışdır. Hədəf qrupların mövzu üzrə fikr və düşüncələri təhlil edilmişdir.
Region gənclərinin sahibkarlığa təşviqi istiqamətində start götürmüş seminarlar çərçivəsində ilk növbədə öncədən müəyyənləşdirilmiş və seçilmiş region gənclərinə hədəf qrupa daxil olan ərazilərin turizm pespektivləri və sahibkarlıq imkanları tanıdılmışdır. Gənclərin sahibkarlıq bacarıqlarını artırmaq üçün motivasiya proqramları üzrə qruplar halında rol-ssenari, şeytan advokatı və s. metodikalardan istifadə edilmişdir. Seminarların digər mərhələlərində həmin gənclərlə turizm planlaşdırması və proqnozlaşdırılması istiqamətində tətbiqi proqramlar təqdim edilmiş və sahibkarlığın təşkili metodikası və üsulları üzrə kurslar təşkil olunmuşdur.
Gənclərin turizm sahibkarlığına təşviqi üzrə gözlənilən nəticələrə nail olunma səviyyəsini müəyyənləşdirmək üçün tədbirlərin son günündə sınağ imtahan həyata keçirilmiş və sınaqda daha yüksək motivasiyaya nail olan 20-ə yaxın gəncə “Gənc turizm sahibkarı” diplomu təqdim edilmişdir.