“İctimai davranış qaydalarına həsr olunmuş sosial çarxın hazırlanması” layihəsinə start verilmişdir

24

Azərbaycan Respublikasının Prezideti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Hüseynov Rauf Nağı oğlu tərəfindən “İctimai davranış qaydalarına həsr olunmuş sosial çarxın hazırlanması” layihəsinə start verilmişdir.
Layihə çərçivəsində “İctimai davranış qaydaları” adlı sosial çarxlar çəkiləcək. Layihənin məqsədi cəmiyyətdə riayət etməli olduğumuz düzgün davranış qaydalarını gənclər arasında təbliğ etməkdən ibarətdir.
Sosial çarxda ictimai nəqliyyat, küçə, restoran və iş yerində, salamlaşma, danışıq, müraciət və xitabetmə, tanışlıq, sosial media və etiket qaydaları göstəriləcək və sosial şəbəkələrdə, ictimai yerlərdə gənclərə göstəriləcək. Yekun olaraq Sabunçu rayon Gənclər evində təqdimat mərasimi və çarxın müzakirəsi planlaşdırılır.
Layihənin müddəti 2 ay olmaqla, 25 oktyabr 2017-ci il – 25 dekabr 2017-ci il tarixlərini əhatə edəcəkdir.