“Mənim Uğur Yolum” adlı layihənin icrasına başlanılmışdır

97

Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi İctimai Birliyi yeni layihəyə start verib.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə icra edilən “Mənim Uğur Yolum” adlı layihə 1 oktyabr – 31 dekabr 2017-ci il tarixlərini əhatə edəcək.
Layihə çərçivəsində öz fəaliyyətlərində uğur qazanmış şəxslərin gənclərlə görüşü keçiriləcək, onlar gənclərə öz uğur yollarından danışacaq, ümumilikdə layihə iştirakçılarına müvafiq tövsiyə və məsləhətlərini verəcəklər.
Layihə çərçivəsində tədbirlər Bakı şəhəri və Sabirabad rayonunda baş tutacaq.