Reqlament

Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondunun
Müşahidə Şurasının 03 aprel
2013-cü il tarixli, 01 saylı iclasının
qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondunun Müşahidə Şurasının
Reqlamenti

1. Ümumi müddəalar

Bu Reqlament Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (bundan sonra “Fond” adlandırılacaq) Nizamnaməsinin 5.12-ci bəndinə uyğun olaraq, Fondun Müşahidə Şurasının (bundan sonra “Şura” adlandırılacaq) iclaslarının keçirilməsi qaydalarını müəyyən edir.

2. Şuranın iclaslarının aparılmasının ümumi qaydaları

2.1. Şura öz iclaslarını rübdə bir dəfədən az olmayaraq keçirir.
2.2. Şuranın növbədənkənar iclasları Şura üzvlərinin yarıdan çoxunun və ya Fondun icraçı direktorunun təşəbbüsü ilə keçirilə bilər.
2.3. Şuranın iclasları üzvlərinin azı üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır.
2.4. Şuranın iclaslarını Şuranın sədri aparır.
2.5. Şuranın sədri iclasda iştirak edə bilmədikdə onun funksiyasını Şura sədrinin müavini icra edir.
2.6. Şuranın qərarları açıq səsvermə yolu ilə və iclasda iştirak edən Şura üzvlərinin adi səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə, Şura sədrinin səsi həlledici sayılır.
2.7. Şuranın iclasları müvafiq qaydada protokollaşdırılır.
2.8. Şuranın iclaslarında qəbul edilmiş qərarlar Şuranın sədri və katibi tərəfindən imzalanır.
2.9. Şuranın katibi iclasda iştirak etmədikdə, Şuranın qərarı ilə onun funksiyasını Şura üzvlərindən biri həyata keçirir.
2.10. Şuranın iclaslarında qəbul olunmuş qərarlar aidiyyəti üzrə göndərilir, bir nüsxəsi isə Fondda saxlanılır.
2.11. Şuranın iclaslarında Fondun icraçı direktoru iştirak edir.
2.12. Şura sədrinin razılığı ilə Fondun Aparatının məsul əməkdaşları və müvafiq sahələr üzrə ekspertlər də Şuranın iclaslarında iştirak edə bilərlər.

3. Şuranın iclaslarının hazırlanması və aparılması qaydaları

3.1. Şuranın iclaslarının vaxtını, yerini və gündəliyinin layihəsini Şuranın sədri Fondun icraçı direktoru ilə birlikdə müəyyən edir.
3.2. Şuranın iclası haqqında Şuranın üzvləri iclasın başlanmasına azı 5 gün qalmış xəbərdar edilirlər. Fondun Aparatının əməkdaşları iclasın gündəliyi, vaxtı və yeri haqqında məlumatı Şura üzvlərinə telefon və ya elektron kommunikasiya vasitələri ilə çatdırırlar.
3.3. Şuranın iclasları başlananadək Fondun Aparatının əməkdaşı iştirakçıların qeydiyyatını aparır və nəticəsi barədə Şura sədrinə məlumat verir.
3.4. Şuranın sədri:

  • iclası açıq elan edir, gündəliyə çıxarılan məsələlər haqqında Şura üzvlərinə məlumat verir və gündəliyə əlavələrin olub-olmamasını aydınlaşdırır;
  • iclasın gündəliyindəki məsələləri səsə qoyur, onların müzakirəsini təşkil edir;
  • Şuranın üzvlərinə, həmçinin dəvət edilmiş digər şəxslərə çıxış üçün söz verir;
  • qərarların qəbulu üçün səsverməni təşkil edir.

3.5. Məruzəçi və ya çıxışçı gündəlikdə duran məsələlərdən kənara çıxdıqda, iclasa sədrlik edən ondan müzakirə olunan məsələnin mahiyyəti barədə danışmağı tələb edə bilər.
3.6. Məruzəçi və ya çıxışçı Reqlamentdən kənara çıxdıqda, sədrlik edən çıxışı kəsə bilər.
3.7. Şuranın iclasının gündəliyinə daxil olan məsələlərin müzakirəsi başa çatdıqda iclasa sədrlik edən iclası bağlı elan edir.
3.8. Aşağıdakı hallarda Şuranın iclası təxirə salına və ya başlanmış iclas başqa vaxta keçirilə bilər:

  • yetərsay olmadıqda;
  • iclasla əlaqədar tələb olunan sənədlər və materiallar Şura üzvlərinə təqdim edilmədikdə;
  • gündəliyə çıxarılan məsələləri bir iş günü ərzində müzakirə etmək mümkün olmadıqda;
  • Şuranın iclasında baxılan məsələlərin hərtərəfli və obyektiv araşdırılmasına maneçilik törədə biləcək başqa hallar olduqda.

3.9. İclas zamanı Şura üzvünün etik qaydalara riayət etməməsi, iclası pozmağa cəhd göstərməsi, etiraz əlaməti olaraq iclas zalını tərk etməsi kimi hərəkətlər yolverilməzdir.

4. Şuranın iclaslarında qərarların qəbul edilməsi qaydaları

4.1. Şuranın iclaslarında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.
4.2. Qəbul edilmiş qərarla razılaşmayan Şura üzvü yazılı formada xüsusi rəy bildirə bilər. Həmin rəy Şuranın iclasının protokoluna əlavə edilir.
4.3. Şura üzvü Fondun elan etdiyi müsabiqədə iştirak edən gənclər təşkilatını təmsil edirsə və ya onun təsisçilərindən biridirsə, o, bu təşkilatla bağlı  müzakirələrdə və səsvermədə iştirak etmir.
4.4. Beynəlxalq tədbirlərdə iştirak üçün (D kateqoriyası) Fonda daxil olmuş müraciətlərlə bağlı qərar Fondun icraçı direktorunun təqdimatı əsasında Şuranın sədri tərəfindən qəbul edilir.
4.5. Şuranın iclaslarında qəbul edilmiş qərarların icrasını Fondun icraçı direktoru təmin edir.

5. Yekun müddəalar

5.1. Bu Reqlamentə əlavə və dəyişikliklər edilməsi barədə təkliflərə Şuranın iclasında baxılır.
5.2. Reqlamentə əlavə və dəyişikliklər Şuranın qərarı ilə edilir.

Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondunun
Müşahidə Şurasının 03 aprel
2013-cü il tarixli, 01 saylı iclasının
qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondunun Müşahidə Şurasının
Reqlamenti

1. Ümumi müddəalar

Bu Reqlament Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (bundan sonra “Fond” adlandırılacaq) Nizamnaməsinin 5.12-ci bəndinə uyğun olaraq, Fondun Müşahidə Şurasının (bundan sonra “Şura” adlandırılacaq) iclaslarının keçirilməsi qaydalarını müəyyən edir.

2. Şuranın iclaslarının aparılmasının ümumi qaydaları

2.1. Şura öz iclaslarını rübdə bir dəfədən az olmayaraq keçirir.
2.2. Şuranın növbədənkənar iclasları Şura üzvlərinin yarıdan çoxunun və ya Fondun icraçı direktorunun təşəbbüsü ilə keçirilə bilər.
2.3. Şuranın iclasları üzvlərinin azı üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır.
2.4. Şuranın iclaslarını Şuranın sədri aparır.
2.5. Şuranın sədri iclasda iştirak edə bilmədikdə onun funksiyasını Şura sədrinin müavini icra edir.
2.5. Şuranın qərarları açıq səsvermə yolu ilə və iclasda iştirak edən Şura üzvlərinin adi səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə, Şura sədrinin səsi həlledici sayılır.
2.6. Şuranın iclasları müvafiq qaydada protokollaşdırılır.
2.7. Şuranın iclaslarında qəbul edilmiş qərarlar Şuranın sədri və katibi tərəfindən imzalanır.
2.8. Şuranın katibi iclasda iştirak etmədikdə, Şuranın qərarı ilə onun funksiyasını Şura üzvlərindən biri həyata keçirir.
2.9. Şuranın iclaslarında qəbul olunmuş qərarlar aidiyyəti üzrə göndərilir, bir nüsxəsi isə Fondda saxlanılır.
2.10. Şuranın iclaslarında Fondun icraçı direktoru iştirak edir.
2.11. Şura sədrinin razılığı ilə Fondun Aparatının məsul əməkdaşları və müvafiq sahələr üzrə ekspertlər də Şuranın iclaslarında iştirak edə bilərlər.