Təlimat

Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondunun Müşahidə Şurasının 3 oktyabr
2013-cü il tarixli 04 (07) saylı iclasının qərarı ilə
təsdiq olunmuşdur.
  
Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondunun Müşahidə Şurasının 03 sentyabr 2014-cü il tarixli 02 (10) saylı və
30 aprel 2015-ci il tarixli 02 (13) saylı iclaslarında Təlimata dəyişikliklər edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında
Gənclər Fondunun qrant müsabiqələrində iştirak etmək üçün
gənclər təşkilatlarının və fiziki şəxslərin
qeydiyyata alınmasına dair

TƏLİMAT

Bu Təlimat Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (bundan sonra – Fond) qrant müsabiqələrində gənclər təşkilatlarının və 16-29 yaşlı fiziki şəxslərin qeydiyyata alınmasına kömək etmək məqsədilə hazırlanmışdır.

Gənclər təşkilatlarının qeydiyyat qaydaları

Layihə təklifinin təqdim edilməsi üçün ilk növbədə Fondun rəsmi internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçməlisiniz. Bunun üçün səhifənin “Qeydiyyat” bölməsinə daxil olub, oradakı suallara müvafiq qaydada cavab verməli və qarşısındakı xanalarda qeydlər aparmalısınız.

Daha sonra müvafiq bölmənin sonundakı “Əlavələr” xanasına aşağıdakı sənədlərin skan olunmuş surətlərini daxil etməlisiniz:

  • gənclər təşkilatının dövlət qeydiyyatına alınması barədə şəhadətnamə;
    Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınmış Nizamnamə.

“Qeydiyyat” bölməsindəki bütün suallara müvafiq qaydada cavab verdikdən sonra, “Göndər” düyməsini basmalısınız. Əgər cavab verilməmiş heç bir sual qalmamışdırsa, müraciətiniz Fonda göndərilmiş olacaqdır. Bu zaman Siz aşağıdakı mesajı alacaqsınız: “Təşkilatınızın qeydiyyat forması Fonda göndərildi. Təşəkkür edirik!”

Qeyd: Qeydiyyat zamanı bütün suallara müvafiq qaydada və düzgün cavab verilməlidir. Əks təqdirdə təşkilatınız qeydiyyata alınmayacaqdır.

Müraciətiniz Fonda göndərildikdən sonra, 7 (yeddi) iş günü ərzində elektron poçt vasitəsi ilə cavab veriləcəkdir. Bundan sonra Sizə daimi “Qeydiyyat kodu” və “Şifrə” təqdim olunacaqdır. Təhlükəsizlik üçün Fond tərəfindən təqdim olunan “Şifrə”ni istədiyiniz simvol və rəqəmlərə dəyişdirə bilərsiniz.

Təşkilatınız qeydiyyatdan keçdikdən sonra, ehtiyac olduğu təqdirdə “Qeydiyyat kodu” və “Şifrə” ilə daxil olaraq, “Qeydiyyat” bölməsində dəyişikliklər edə bilərsiniz.

Qeydiyyata alındıqdan sonra, gənclər təşkilatları “A” və “B” kateqoriyalar üzrə layihə təklifləri göndərə bilərlər.

Fiziki şəxslərin qeydiyyat qaydaları

Layihə təkliflərinin təqdim olunması üçün Fondun rəsmi internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçməlisiniz. Bunun üçün səhifənin “Qeydiyyat” bölməsinə daxil olub, oradakı suallara müvafiq qaydada cavab verməli və qarşısındakı xanalarda qeydlər aparmalısınız.

Daha sonra müvafiq bölmənin sonundakı “Əlavələr” xanasına aşağıdakı sənədlərin skan olunmuş surətlərini daxil etməlisiniz:

  • şəxsiyyət vəsiqəsi;
    ümumvətəndaş pasportu (əgər varsa);
    diplom və ya attestat (əgər varsa);
    VÖEN (əgər varsa).

“Qeydiyyat” bölməsindəki bütün suallara müvafiq qaydada cavab verdikdən sonra, “Göndər” düyməsini basmalısınız. Əgər cavab verilməmiş heç bir sual qalmamışdırsa, müraciətiniz Fonda göndərilmiş olacaqdır. Bu zaman Siz aşağıdakı mesajı alacaqsınız:  “Sizin qeydiyyat formanız Fonda göndərildi. Təşəkkür edirik!”

Qeyd: Qeydiyyat zamanı bütün suallara müvafiq qaydada və düzgün cavab verilməlidir. Əks təqdirdə Siz qeydiyyata alınmayacaqsınız.

Müraciətiniz Fonda göndərildikdən sonra, 7 (yeddi) iş günü ərzində elektron poçt vasitəsi ilə cavab veriləcəkdir. Bundan sonra Sizə daimi “Qeydiyyat kodu” və “Şifrə” təqdim olunacaqdır. Təhlükəsizlik üçün Fond tərəfindən təqdim olunan “Şifrə”ni istədiyiniz simvol və rəqəmlərə dəyişdirə bilərsiniz.

Qeydiyyatdan keçdikdən sonra, ehtiyac olduğu təqdirdə “Qeydiyyat kodu” və “Şifrə” ilə daxil olaraq, “Qeydiyyat” bölməsində dəyişikliklər edə bilərsiniz.

Qeydiyyata alındıqdan sonra, fiziki şəxslər “C” və “D” kateqoriyaları üzrə müraciətlərini göndərə bilərlər.

Qeydiyyat məsələsində çətinlik yarandığı halda, office@youthfoundation.az elektron poçtuna müraciət edə bilərsiniz.