Enactus beynəlxalq proqramı üzrə VIII Respublika Çempionatı keçirilir

2556

[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/ayf/uploads/2013/05/373165_123087084409921_1052216471_n.jpg” ]

“Bizim Sahibkarlıq Fəaliyyətimiz” (Entrepreneurial Action Us-Enactus) beynəlxalq proqramının əsası 1975-ci ildə ABŞ universitetləri tərəfindən qoyulmuşdur. Enactus beynəlxalq qeyri-kommersiya təşkilatıdır. Təşkilatın missiyası biznesin müsbət gücü ilə daha yaxşı və daha davamlı dünya yaratmaq üçün bu günün və sabahın liderlərini bir araya gətirməkdir.

Azərbaycan bu proqrama 2005-ci ildən etibarən qoşulmuş və Azərbaycan komandaları dünya kuboku yarışlarında iştirak etmək hüququnu qazanmışlar. İştirak illərində Azərbaycan komandaları müxtəlif nominasiyalar üzrə uğurlar qazanmışlar.

Bu proqramın sosial əhəmiyyəti insanların həyat və yaşam standartlarının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, insanların işlə təmin olunmasıdır.

Ənənəvi olaraq hər Enactus akademik ilinin sonunda keçirilən Milli Yarış bu il Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və AGBank ASC, KPMG Azərbaycan Şirkəti, Nobel Oil MMC Şirkətinin Azərbaycan Respublikasındakı Filialının təşkilati və maliyyə dəstəyilə 30-31 may 2013-cü il tarixində Monolit Plazada keçiriləcək. Milli Yarışda 13 Enactus Azərbaycan komandası iştirak edəcək. Enactus Azərbaycan komandaları tərəfindən 30-dan artıq layihə təqdim ediləcək. 30 may 2013-cü ildə Enactus Komandaları 2 liqada Yarımfinal mərhələsində yarışacaqlar. Hər liqada 6 və 7 Enactus komadası iştirak edəcək. Hər liqadan 2 Enactus komandası çıxacaq və 31 may 2013-cü il tarixində final mərhələsində finala çıxan 4 komanda yarışacaq. Qalib komanda 2013-cü ildə Azərbaycanı Meksikanın Kankun şəhərində keçirilən Enactus Dünya Kuboku 2013-də təmsil etmək şansı qazanacaq.

Tədbirdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin nümayəndəsi, Təhsil Nazirliyinin nümayəndəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndələri iştirak edəcəklər. Münsif heyəti qismində isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, AGBank, KPMG Azərbaycan, Coca-Cola Azərbaycan, Nobel Oil Ltd Şirkətinin Azərbaycan Respublikasındakı Filialı, SOCAR AQŞ, Nurgün Şirkətlər qrupunun və digər şirkətlərin nümayəndələri rəy bildirəcəklər.