Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev Gənclər Fondunun qonağı olmuşdur

549

Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qonağı olmuşdur. Görüşdə həmçinin Milli Məclisin deputatı,  Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov iştirak etmişdir.
Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev Fondun yaranma tarixi, fəaliyyəti və maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında geniş məlumatı qonaqların nəzərinə çatdırmışdır.
Daha sonra qonaqlara Gənclər Fondunun əməkdaşları tərəfindən Fondun təqdimatı keçirilmişdir.
Gənclər Fondunun İnformasiya Texnologiyaları üzrə mütəxəssisi Sahil Balazadə Fondun rəsmi saytı, elektron xidmətləri, bazası haqqında ətraflı danışdı. S.Balazadə şəffaqflığın təmin olunması üçün, ölkədə ilk dəfə elektron müraciət sisteminin tətbiq olunduğunu qeyd etmişdir. 5 il ərzində Fondun rəsmi saytından 10548 qeydiyyat qeydə alinmışdır ki, onlardan 294-ü gənclər təşkilatlarına, 10254-ü isə fiziki şəxslərə aiddir.
Təqdimatı Fondun Layihələr və regionlarla iş sektorunun müdiri Orxan Ərəbov davam etmişdir. O, Fondun maliyyə vəsaiti hesabına bu vaxta gədər 9 qrant müsabiqəsi çərçivəsində Azərbaycanin müvəqqəti işğal altında olan rayon və şəhərləri istisna olmaqla, ölkənin bütün digər inzibati ərazi vahidlərində (rayon və şəhərlər) gənclər təşkilatarı və fiziki şəxslər tərəfindən layihələr keçirildiyini vurğulamışdır.
Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva D kateqoriyası (səfər qrantları), həmçinin Gənclər Fonduna gəlmiş xarici qonaqlar haqqında geniş məlumat vermişdir. V.Niftəliyeva bildirmişdir ki, Fondun fəaliyyət göstərdiyi 5 il ərzində gənclər tərəfindən 51 ölkəyə, 117 şəhərə səfər edilmişdir.
Görüşün sonunda Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev onu maraqlandıran sualları Fondun əməkdaşlarına ünvanlamış və Fondun fəaliyyəti haqqında müzakirələr aparmışdır.