Gəncədə “Elektron Təhsil” mövzusunda təlimlər təşkil olundu

474

10-19 may 2017-ci il tarixlərində, Gəncə şəhərində yerləşən orta ixtisas müəssilərinin müəllim heyəti üçün “Elektron Təhsil” mövzusunda təlimlər təşkil olundu. 
Təlimlər Gəncə şəhərində yerləşən 4, 16 və 39 saylı tam orta ixtisas məktəblərində keçirilir. Ümumilikdə 45 məktəbdən 70-ə yaxın müəllim təlimlərdə iştirak etdi və elektron təhsilin əhəmiyyətindən, təhsilə tətbiqindən, praktika zaman üzə çıxan problemlərdən danışıldı.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun mətbuat katibi və elektron resurslar üzrə məsul şəxsi Tofiq Sadıxov tərəfindən aparılan təlimlərdə Gəncə şəhər məktəblərinin qabaqcıl müəllimlərinə tədris etdikləri fənnlərə müvafiq elektron resursların hazırlanması mövzusunda praktik təlim-məşğələ keçirildi. Müdavimlər elektron formada rəy sorğularının, testlərin, resursların hazırlanmasını, hər hansı bir məlumatın elektron forrmada müasir innovativ texnologiyalardan istifadə etməklə tələbələrə ötürülməsini, elektron materiallar üzərində redaktə işi aparmağı öyrəndilər. Sonda bütün iştirakçılar sertifikatlarla təltif olundular.
Qeyd edək ki, “Elektron Təhsil 2” layihəsi Azərbaycan Respublikasının Prezidentinin yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsində qalib olub və layihə rəhbəri Gəncə Aqrobiznes Assosiasiyasının Kommunikasiya və İnformasiya Texnologiyaları üzrə aparıcı mütəxəssisi Röyal Ağamirzadədir.