Rusiyanın ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti Gənclər Fondunun qonağı olmuşdur

433

Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (АМОР) sədri xanım Leyla Əliyevanın dəvəti ilə Rusiya Federasiyasının ali məktəb tələbələrindən ibarət nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.
Tələbələr səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qonağı olmuşlar.
Bu görüşdə Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva gəncləri salamlayaraq Gənclər Fondunun yaranma tarixi, fəaliyyəti və maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında məlumat vermiş, Fondun prioritet istiqamətləri qonaqların nəzərinə çatdırılmışdır.
Qonaqlar Gənclər Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, keçirilən görüşdən məmnunluqlarını ifadə etmişlər.