Azərbaycan Dövlət Pedaqoji Universitetində Gənclər Fondunun təqdimatı keçirilmişdir

279

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 10-cu qrant müsabiqəsinin başlanması ilə əlaqədar ali məktəblərdə təqdimatlara  start vermişdir.
01 May trixində Gənclər Fondunun təqdimatı Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilmişdir.
Tədbirdə Gənclər Fondunun Layihələr və regionlarla iş sektorunun müdiri Orxan Ərəbov bildirmişdir ki, mayın 15-dək davam edəcək müsabiqədə hər bir tələbə fəal iştirak edə bilər. Layihələr tələbələrin sosial vəziyyətinin, məişət şəraitinin, onların elmi və bədii yaradıcılığının inkişafını dəstəkləmək məqsədi daşımalıdır.
Ali məktəblərdə silsilə xarakterli təqdimatlar 10-cu qrant müsabiqəsində gənclərin və tələbələrin iştirakının fəallığını artırmaq, onları məlumatlandırmaq məqsədi ilə keçiriləcəkdir. Görüşlərdə tələbələrə Fonda müraciət qaydaları, onlayn qeydiyyat, layihənin təqdim edilməsi ilə bağlı və digər zəruri məlumatlar verilir. Müsabiqənin məqsədi gənc nəslin sosial, fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılmasına kömək etməkdir.