Kolomboda gənc sülhməramlılar düşərgəsi, Şri Lanka

61

Qeydiyyat üçün son tarix: 21 aprel 2017
Tədbirin keçiriləcəyi tarix: 4-8 may 2017
Şri Lankada 2-ci Qlobal gənc sülhməramlılar düşərgəsi keçiriləcəkdir.

Düşərgənin mövzusu : “Dünyada sülhün təbliğ edilməsi məqsədilə gənc liderlərin tərbiyyə olunmasıdır”. Düşərgə 2017-ci ilin may ayında keçiriləcəkdir.

Düşərgə – dünyanın müxtəlif ölkələrindən toplanan tələbələri və gənc liderlərin fəaliyyət istiqamətləri əsasən sağlam cəmiyyətin və möhkəm ailələrin qurulmasına, dünyanın qabaqcıl millətlərin və sülhün, irqlərə, dinə və mədəniyyətlərə bölmədən təbliğ edilməsini nəzərdə tutan platformadır.
İştirakçılar bütün dünyadan olan gənc sülhməramlılar ilə əməkdaşlıq etmək, təcrübələrini bölüşmək, o cümlədən seminarlar, mühazirələr və təlimlərdə iştirak etmək imkanı qazanacaqlar.
Düşərqədə iştirak etmək ödənişlidir, məbləğ 250 $ təşkil edir və bu məbləğə daxildir:
-Yaşayış
-Yemək xərcləri
-Proqram çərçivəsində nəqliyyat xərcləri
-Seminar və təlimlər
-Ekskursiyalar və mədəni tədbirlər
-Təlim və tədris materialları
-Proqram sonunda iştirakçılar sertifikat ilə təltif olunacaqlar

Düşərgədə iştirak edə bilərlər:
-Tələbələr
-Gənc liderlər
-Möhkəm ailələrin, sağlam cəmiyyətin, dünyada qabaqcıl millətlərin sülhə təbliğ edilməsinə yönəlmiş işlər ilə məşğul olan mütəxəssislər.

Ətraflı məlumat əldə etmək üçün:  http://colomboconferences.com/gylpc2017.php