“Tariximi öyrənirəm” adlı layihə uğurla icra edilib

205

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VIII qrant müsabiqəsinin qalibi Zöhrab Bağırovun “Tariximi öyrənirəm” adlı layihəsi həyata keçirilib. Layihə 11, 12, 13 və 14 mart 2017-ci il S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında həyata keçirilmişdir.
Layihənin açılış mərasimində giriş sözü ilə çıxış edən layihə rəhbəri Zöhrab Bağırov iştirakçılara layihənin məqsədi haqqında məlumat vermişdir.  O, qeyd etmişdir ki,  Azərbaycanın və Azərbaycan xalqının tarixi qədimdir. Qədim və zəngin olduğu qədər mübahisəli məqamları da vardır. Bundan isə bədnam qonşularımız maksimum dərəcədə yararlanıb, səhv istiqamətdə tarix yazırlar. Lakin bunlara cavab olaraq bizim qısaca məzmunlu araşdırmamız yoxdur. Olsa belə bu azdır və  ingilis dilində deyildir. Nəticədə dünya bizim əsl tarixmizi tam bilmir. Əgər biz bunu davamlı şəkildə təqdim etsək və ən əsası bu gənclər tərəfindən həyata keçirilsə təsirinin hər kəs üçün müsbət istiqamətdə
olacağını görəcəyik.
Tədbirdə S.C.Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasınin uşaq birliyinin rəhbəri Zəhra Əkbərli də bu cür keçirilən layihənin məktəblilər üçün olan əhəmiyyətindən bəhs edib və layihə rəhbərinə təşəkkür edib. Eyni zamanda Zəhra xanım, gimnaziyanin uğurlarından bəhs etmiş, şagirdlərin bilik və bacarıqlarını da qeyd etmişdir.
Tarixçi Anar Əliməmmədov da öz nitqində qeyd etmişdir ki, Gənclər Fondu tərəfindən həyata keçirilən layihələr gənclər üçün çox önəmli hadisədir. Bu kimi layihələrin həyata keçirilməsi onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə şərait yaradır, eyni zamanda da gənclərə böyük stimul verir. “Tariximi öyrənirəm” layihəsinin də
uğurlu bir layihə olduğunu qeyd edən Anar müəllim layihə rəhbəri Zöhrab Bağırovu təbrik etmiş, layihənin işində və gələcək fəaliyyətlərində uğurlar arzu etmişdir.
Sonda layihənin 1-ci, 2-ci və 3-cü yerlərə layiq olan gənclərə sertifikat, digər iştirakçılara isə təşəkkürnamə verilmişdir.