Beynəlxalq müsabiqə “Go Green In The City!”

120

Qeydiyyat üçün son tarix: 12 may 2017-ci il.
Təşkilatçı: “Schneider Electric” şirkəti
Namizədlər üçün tələblər:

  • 18 yaş və yuxarı, bakalavr (azı ikinci kurs tələbəsi), mühəndis və biznes, magistr və ya MBA dərəcəsi üzrə təhsil alan şəxslər müsabiqədə iştirak edə bilər
  • Bir ölkədən biri qız olmaq şərti ilə iki nəfərlik komanda müsabiqədə iştirak edə bilər
  • İngilis dili biliyi
  • Komandalar  “ağıllı” şəhərlər üçün müsabiqədə enerjidən səmərəli istifadə və səmərəlilik barədə kreativ ideya təqdim etməlidir.

Mükafatlar:

  • 12 finalçı komanda 2017-ci ilin payızında Parisdə yerləşən şirkətin mərkəzində “Ağıllı şəhər” üçün öz qərarlarını verəcəklər. (təşkilatçılar bütün xərcləri tam ödəyir)
  • Çempionatın finalçıları Schneider Electric peşəkar komandası ilə işləmə, çempionat başa çatdıqdan sonra şirkətinin işcisi kimi calışmaq (təcrübə keçmək imkanı) şansı qazana bilərlər
  • Qaliblər dünya üzrə Schneider Electric şirkətinin ofislərinə səfər etmək hüququ və Schneider Electric şirkətində işə düzəlmək imkanı qazanacaqlar.

Daha ətraflı məlumat üçün: http://www.gogreeninthecity.com/