Argentinada biznes forumu! (xərclərin ödənilməsi)

356

Cənubi Amerika biznes forumunun məqsədi, təhsilindən və millətindən asılı olmayaraq müasir və gələcək liderləri bir araya toplamaq, Cənubi Amerikada eləcədə bütün dünyada davamlı inkişafın təkmilləşdirilməsi məqsədi ilə dialoq və debatlar üçün platforma yaratmaqdan ibarətdir.
Forumda Argentina və digər ölkələrin biznes, elm və intellektual dünyanın görkəmli liderləri iştirak edəcəkdir. Onlar 3 gün ərzində bütün dünyadan toplanmış 100 istedadlı tələbə ilə birlikdə davamlı inkişafın real dəyərlərinin qurulması istiqamətində dialoqda iştrak edəcəklər.
Forumun üstünlüyü:
• Tələbələr, uğur əldə edə bilən insanlarla ünsiyyət qurma imkanı əldə edəcəkdir.
• Bu ilki forumun mövzusu: “Ümumi məqsəd arxasınca getmək” və “Reallığın bölünməsi , şəxsiyyət problem, Empatik dizayn”dir.
• İştirakçıların həyat təcrübəsi, yeni ideyalar, müxtəlif ölkələrin nümayəndələri ilə dostluq münasibətləri qurmaq və müsbət istiqamətdə dünyanı dəyişə bilmək imkanı yaranacaq.
İştirakçıların tədbirlərdə iştirak haqqı, qidalanma, nəqliyyat və yaşayış xərcləri ödənilir.

Namizədlər üçün tələblər:
Forumda iştirak edə bilər:
• 1 yanvar 1991-ci il tarixindən sonra doğulanlar;
• Bakalavr, magistr, aspirant və ya 2016 – 2017-ci illərdə ali məktəbi bitirənlər.
• 2017-ci il aprelin 16-dək iştirak ərizəsini dolduranlar.
Forumun işçi dili: İngilis və ispan!
Forumda iştirak etmək üçün ərizəni doldurmaq və esse yazmaq lazımdır. Esse 1200, 1800 söz həcmində forumun mövzusuna aid olmalıdır. İngilis və ya ispan dillində yazılmaldır.

Daha ətraflı məllumat: https://www.sabf.org.ar/conference/covered-expenses