Qazaxıstanın “ARGO” Vətəndaş Cəmiyyətinin İnkişafı Assosiasiyasının nümayəndələri Gənclər Fondunun qonağı olmuşdur

246

Qazaxıstanın “ARGO” Vətəndaş Cəmiyyətinin İnkişafı Assosiasiyasının nümayəndələri ölkəmizdə səfər çərçivəsində bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qonağı olmuşlar.
Görüş zamanı Fondun aparat rəhbəri Faiq Qürbətov və Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Vüsalə Niftəliyeva iştirak etmişdir. Faiq Qürbətov Gənclər Fondunun yaranma tarixi, fəaliyyəti, tədbirlər və maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında geniş məlumat verərək  Fondun prioritetlərini qonaqların nəzərinə çatdırmışdır.
Qonaqlar Gənclər Fondunun gənclərə göstərdiyi qayğı və dəstəyi yüksək qiymətləndirmiş və gələcəkdə Fondla əməkdaşlıqdan məmnun olacaqlarını bildirmişlər.
Qonaqlara Gənclər Fondunun 5 illik geniş fəaliyyətini və dəstəklənmiş layihələrin təsvirini özündə əks etdirən bülleten nüsxələri hədiyyə olunmuşdur.
Görüşün sonunda xatirə şəkili çəkilmişdir.