Litvada Beynəlxalq Yay Düşərgəsi (xərclərin ödənilməsi)

193

Qeydiyyat üçün son tarix: 22 mart 2017-ci il
Təsviri:
MediaBarCamp beynəlxalq yay düşərgəsi – dörd günlük tədbirdir. Düşərgə iştirakçılara təcrübələrini paylaşmaq üçün mükəmməl imkan yaradır. Proqramda əsas diqqət regional və fənnlərarası əməkdaşlığa yetirilir. Düşərgənin mövzusu – “Inspired by”- dır.
11 mayda Litvada təşkil ediləcək düşərgənin keçirilmə yeri barəsində məlumat veriləcək.
Təşkilatçılar iştirakçıların aşağıda qeyd olunan xərclərini qarşılayır:
nəqliyyat
yaşayış
yemək

Namizədlər üçün tələblər:
Düşərgədə Rusiya, Belarusiya, Ukrayna və Şərgi Avropanın digər ölkələrindən olan fəal gənclər iştirak edə bilər. Fəal gənc həmçinin ictimai birliyin, vətəndaş cəmiyyətinin, siyasi partiyanın və ya hərəkatın üzvü ola bilər. İştirakçı demokratik dəyərlərə riayət etməli, öz ölkəsinin şəhər və rayonlarındakı sosial həyata laqeyid olmamalıdır.
Aşağıda sadalanan müxtəlif fəaliyyət sahələrinin fəalları iştirakçı ola bilər: mədəniyyət, incəsənət, siyasət, hüquq müdafiəsi, iqtisadiyyat və inkişaf, media və rabitə.
Namizədlər üçün yaş həddi 35-dir.
Düşərgənin rəsmi dilləri ingilis və rus dilidir.

Düşərgədə iştirak etmək üçün aşağıdakı ərizə forması doldurulmalıdır: https://docs.google.com/forms/d/e/1FAIpQLSdpPOjtx-vUSe9U6kosb7vUaRAAn5ydVvFbXwCk2-jvjP1dmQ/viewform?c=0&w=1

Daha ətraflı məlumat üçün:

http://www.mediabarcamp.com/?lang=ru