“Hərəmiz bir könüllü” adlı layihə həyata keçirilib

333

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və “ASAN Könüllüləri” təşkilatının təşkilatı dəstəyi ilə “Hərəmiz bir könüllü” adlı layihə həyata keçirilib. Könüllü fəaliyyətinin paytaxt və region gəncləri arasında geniş təbliği məqsədilə keçirilən layihə Bakı, Bərdə, Qəbələ, Sabirabad, Masallı gənclərini əhatə edib.
Layihə çərçivəsində təşkil olunan müxtəlif təlim və seminarlarda ümumilikdə 145 gənc itirak edib. Layihə iştirakçılarına “ASAN xidmət” mərkəzlərində könüllü olaraq  təcrübə keçməsi üçün şərait yaradılıb.
Qeyd edək ki, Əsli İbrahimovanın rəhbəri olduğu  “Hərəmiz Bir Könüllü”  layihəsinin əsas məqsədi gənclərin təhsil səviyyəsindən, ixtisasından asılı olmayaraq ümumi inkişaflarına dəstək olmaq, gənclər arasında könüllü fəaliyyətini aşılamaq, müxtəlif təlim və seminarlarla gənclərdə sosial, mənəvi məsuliyyət hissi yaratmaq, gəncləri “ASAN xidmət” mərkəzlərinin işi ilə yaxından tanış etmək və ASAN könüllülərinin fəaliyyəti haqqında geniş məlumat verməkdir.