ABŞ-da 5 həftəlik təcrübə (xərclər tam qarşılanır)

82

Deadline (qeydiyyat üçün son tarix) : 15 oktyabr 2017
Qısa Təsviri:
İncəsənət nümayəndələri üçün beynəlxalq innovativ layihələr vasitəsi ilə reallaşan parlaq və yaradıcı təcrübə təklif edilir. İştirakçılar ABŞ və 37 digər ölkələrdən olan rəssam və art-menecerlərlə tanış olma imkanı əldə edəcəklər. Birgə incəsənət layihələrini həyata keçirmək, ideya və təcrübələri təşkilatçı və iştirakçılarla bölüşmək, incəsənət sahəsində menecerlikdə peşəkar bacarıqları genişləndirmək imkanı yaranacaqdır. Təşkilatçılar beynəlxalq uçuş, viza, yaşayış, tibbi sığorta, təcrübə çərçivəsində iş və nəqliyyat xərclərini qarşılayır.

Namizədlərdən tələb olunanlar:
Proqramda incəsənət sahəsində işləyən namizədlər iştirak edə bilər (qeyri-kommersiya sektoru təşkilatlarından olan art-menecerlər)
Namizədliyini irəli sürmək üçün tələb olunan sənədlər:
– Ərizə forması
– Təşkilatçıların suallarına cavab
– Tövsiyyə məktubu (pdf formasında 1 səhifə)
– CV (500 sözdən çox olmayaraq)
– İş nümunələri
– Art-menecerlərin çalışdıqları təşkilat barəsində.

Daha ətraflı məlumat üçün: http://www.cecartslink.org/grants/artslink_residencies/