“Azərbaycan mənim gözlərimdə” adlı layihə uğurla icra edilib

286

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VIII qrant müsabiqəsinin qalibi Orxan Abbasov “Azərbaycan mənim gözlərimdə” adlı layihəsi həyata keçirilib. Layihə “Virtual Qarabağ” İKT Mərkəzində və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında keçirilmişdir.
Layihənin açılış mərasimində giriş sözü ilə çıxış edən layihə rəhbəri Orxan Abbasov iştirakçılara layihənin məqsədi haqqında məlumat vermişdir. O, qeyd etmişdir ki, ölkəmizin və xalqımızın mədəniyyəti, tarixi, təbii görməli yerləri kifayət qədərdir. Bunu hər formada əks etdirmək mümükündür: istər foto ilə, istər rəsm ilə. Lakin bütün
gözəllikləri özündə əks etdirən bir video ilə daha aydın desək film ilə bu daha möhtəşəm alınmışdır. Ölkəmizi tanıtmaq, onun öz fantazyalarımızla müxtəlif sahələrini birləşdirmək bizə mühüm olacaq bir iş idi. Layihədə Azərbaycanda təhsil alan gənclər öz dilləri
vasitəsi ilə ölkəmiz haqqında maraqlı məlumatlar vermişlər. Videoda isə bunları bizim insanların başa düşülməsi üçün alt yazı qismində məlumat verilib. Eyni zamanda biz çalışacağıq ki, bu kimi videoları tez-tez edək. Çünkü bu bizim turizm sahəmizə də çox dəstək olacaqdır.
Filmin rejissoru Fərahim Xəlilov da görülən işlər barəsində iştirakçılara məlumat verib. O bu cür keçirilən layihələrin ölkəmiz üçün olan əhəmiyyətinlərindən bəhs edib və layihə rəhbərinə təşəkkür edib. Filmdə İran İslam, Gürcüstan, Pakistan İslam, Türkiyə
Respublikalarından və Rusiya Federasiyasından olan və Azərbaycanda təhsil alan tələbələrin çıxış etdiklərini qeyd edib.