“Gənclərin antinarkomaniya klubu” layihəsi yekunlaşdı

246

4 mart 2017-ci il tarixində Sumqayıt şəhəri Gənclər evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Nəzər Atayev tərəfindən icra olunan “Gənclərin antinarkomaniya klubu” layihəsinin yekun konfransı keçirilmişdir. İlk öncə çıxış edən layihə rəhbəri Nəzər Atayev layihə müddətində keçirilən seminarlar,görülən işlər və Gənclər Fondu haqqında geniş məlumat vermişdir.
Layihə müddətində sosial şəbəkələrdə layihə haqqında elanlar verilmiş, iştirakçılar cəlb olunmuşdur. Layihə çərçivəsində keçirilən ilk seminar təlimçi ekspert Emil Maqalovun təqdimatında, ikinci seminar həkim psixiatr Əziz Mustafayevin təqdimatında, üçüncü seminar isə Nəzər Atayevin təqdimatında həyata keçirilmişdir.
Layihənin yekun tədbiri olan konfransda iştirakçıların fikir və təklifləri təqdim olunmuş və münasibət bildirilmişdir. Konfransın sonunda layihə müddətində fəallıq göstərən iştirakçılara sertifikat verilmişdir.