“Yaşıl düşün, yaşıl gör!” adlı layihə yekunlaşmışdır

214

Azərbaycan Tələbələr Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Yaşıl düşün, yaşıl gör!” adlı layihə yekunlaşmışdır. Bakı şəhərində həyata keçirilən layihənin əsas məqsədi gənclər arasında ətraf mühitin qorunmasına dair səfərbərlik və maarifləndirmə kampaniyasını aparmaq olmuşdur. ATB maarifləndirmə işini əsas olaraq gənclər arasında arasında təşkil etmişdir. Beləki, layihə çərçivəsində keçirilən tədbirlərdən müxtəlif ali və orta-ixtisas təhsil müəssisələrində, ümumtəhsil məktəblərində təhsil alan 400-dən çox gənc faydalanmışdır.
Keçirilən tədbirlər, əsasən, ekoloji tarazlıq, ətraf mühitin qorunması, təkrar istehsal vasitəsilə ətraf mühitə dəyən ziyanın azaldılması  və bu kimi mövzular ətrafında olmuşdur. ATB inanır ki, gənclərin bu sahədə məlumatlandırmaq vasitəsilə ətraf mühitin qorunması işini daha yaxşı təşkil etmək olar.
Layihə çərçivəsində Bakı şəhərində yerləşən müxtəlif məktəblərin şagirdlərinin iştirakı ilə iməcliklər, parkların və yaşıllıq ərazilərinin təmizlənməsi üçün tədbirlər keçirilmişdir. Əsas məqsəd yerli ictimaiyyətin diqqətini ətraf mühitin qorunmasına yönəltmək olmuşdur.
Layihə çərçivəsində, həmçinin, müxtəlif müsabiqələr, müzakirə forumları da təşkil edilmişdir ki, burada da iştirak edən gənclər ətraf mühitin qorunması ilə bağlı “informasiya elçiləri”nə çevrilmişlər. Daha sonra həmin gənclər yaşadıqları icmalarda maarifləndirmə işinin aparılmasını təmin edəcəklər.
Birlik olaraq ətraf mühitin qorunması ilə bağlı maarifləndirmə işinin effektiv təşkilinin vacib olduğunu hesab edirik. Beləki, sağlam gələcəyimizin təmini üçün indidən ətraf mühitimizin qorunması şərtdir.