“Gənclərin antinarkomaniya klubu” layihəsinin növbəti seminarı keçirilib

341

27 fevral 2017-ci il tarixində Sumqayıt şəhəri Gənclər evində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Nəzər Atayev tərəfindən icra olunan “Gənclərin antinarkomaniya klubu” layihəsi çərçivəsində növbəti seminar baş tutub. İlk öncə çıxış edən layihə rəhbəri Nəzər Atayev Gənclər Fondu haqqında geniş məlumat vermiş və layihə, onun məqsədi, qarşıya qoyulmuş vəzifələr, ötən seminarlar haqqında yeni iştirakçıları məlumatlandırmışdır.
Həmçinin təlimçi kimi çıxış edən Nəzər Atayev dünyadakı və ölkəmizdəki rəsmi statistika haqqında məlumat vermiş, narkomanlığa düçar olmuş şəxslərin cəmiyyətə geri qayıtması üçün görülən maarifləndirmə işlərindən söz açmışdır. Seminarda bir neçə video çarx göstərilmiş və iştirakçılar öz fikirlərini bildirmişlər.
Seminar iştirakçılarla qarşılıqlı müzakirə ilə davam etmiş və sonda iştirakçılar öz təkliflərini yazılı şəkildə qeyd edərək nümayiş etdirmişlər.