Müşahidə Şurası seçkilərində iştirak edəcək təmsilçilərin diqqətinə

1151

Gənclər təşkilatlarının nümayəndələrini Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurası seçkilərinin səsvermə yığıncağında iştirak etməyə dəvət edirik.
Seçkilər 28 fevral 2017 ci il tarixində Park İNN mehmanxanasının DAN ulduzu zalında saat 9:30 da keçiriləcəkdir.
Seçkilərdə yalnız 16 fevral 2017 ci il tarixinə qədər Gənclər Fondunda, yığıncaqda iştirak etmək üçün qeydiyyatdan keçmiş gənclər təşkilatlarının siyahıya daxil edilmiş təmsilçisi iştirak edə bilər.
Təmsilçilərin seçki günü qeydiyyatdan keçərkən şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.
Gənclər təşkilatlarının təmsilçilərinin siyahısı ilə aşağıda yerləşdirilmiş cədvəldən tanış ola bilərsiniz.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvlüyünə keçiriləcək seçkilərdə iştirak edəcək təşkilatların siyahısı