Xaricdə tədbirlər – Polşada gənc liderlər üçün proqram

1077

Qeydiyyat üçün son gün: 1 mart, 2017

Təsviri:
Proqram 2 semestrlik təhsil və 2 həftəlik təcrübə müddətini əhatə edir.
Proqram aşağıdakı fənlər üzrə keçirilir:
– İqtisadiyyat və idarəetmə
– İnzibatçılıq və idarəetmə (biznes, QHT, səhiyyə, təhsil, mədəniyyət)
– Dövlət müəssisələrinin idarəedilməsi
– Hüquq
– İctimai elmlər
– Politologiya və beynəlxalq münasibətlər
– Jurnalistika
– İnkişaf siyasəti.

Proqram iştirakçıları hər ay 1800 PLN məbləğində təqaüd alacaqlar, həmçinin təşkilatçılar tərəfindən aşağıda sadalanan xərclər də ödənilir: təhsil haqqı, yaşayış, sığorta, aviabilet, Polşa daxili nəqliyyat xərcləri, viza və çap materialları.

Daha ətraflı məlumat üçün:  http://www.kirkland.edu.pl/en/competition

QEYD: Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu bu bölmədə yerləşdirilən tədbirlərdə tərəfdaş, təşkilatçı və ya tədbirdə iştirak edəcək iştirakçılara maddi dəstəkçi qismində iştirak etmir.