“Gənclərə kitab hədiyyə edək” layihəsi çərçivəsində elektron kitabxana yaradıldı

872

İsmayıllı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkil etdiyi 8-ci qrant müsabiqəsində “Gənclərə kitab hədiyyə edək” layihəsi ilə qalıb gəlmiş Rahid Rəcəblinin layihəsinin təqdimatı keçirildi. İsmayıllı və ölkə gənclərinə töhfə
olan bədii qiraətin yüksəldilməsinə həsr edilmiş layihədə gənclərə və İsmayıllı ziyalılarına pdfbook.az saytı təqdim edildi.
Sayt ölkə gənclərinin mütaliə səviyyəsini yüksəltmək üçün nəzərdə tutulub. Sayta
Azərbaycan, türk, və xarici dillərdə əsərlər yüklənərək, ölkə gənclərinə təqdim olunub. İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində keçirilən təqdimat mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Xətai Abbasov, İsmayıllı
Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, kollecin müəllim və tələbə heyəti iştirak etmişdir.
Çıxışı zamanı X.Abbasov sürətlə inkişaf edən dünyada elmə, biliyə üstünlük verildiyini, müasir gənclərin savadlı olması üçün daha çox mütaliə ilə məşğul olmalarının vacibliyini vurğuladı.
Daha sonra çıxış edən T.Salehov gənclərə diqqətin birbaşa ölkə Prezidenti tərəfindən göstərilməsindən, onların bu qayğıdan bəhrələndiklərindən danışdı.
R.Rəcəbli layihə haqqında, mütaliənin insana hərtərəfli müsbət təsirindən söz açdı.
Sayt haqqında məlumatları isə layihənin könüllüləri təqdimat iştirakçılarına bukletlər paylamaqla çatdırdılar.