UNİCEF-in nümayəndələri Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qonağı olmuşdur

1054

UNİCEF-in İnkişafın əlaqələndirilməsi və müdafiəsi üzrə kansultantı Sara Kameron MakBin və UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin yeniyetmə və gənclərin inkişafı üzrə mütəxəssisi Natiq Umarov Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qonağı olmuşdur.
Görüşdə, Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Fondun sektor müdirləri Vüsalə Niftəliyeva və Orxan Ərəbov iştirak etmişdir. Fərhad Hacıyev Gənclər Fondunun yaranma tarixi, fəaliyyəti və maliyyə dəstəyi ilə həyata keçirilən layihələr haqqında geniş məlumat verərək  Fondun prioritetlərini qonaqların nəzərinə çatdırmışdır.
Qonaqlar Gənclər Fondunun fəaliyyəti ilə yaxından tanış olmuş və Fondun gənclərə göstərdiyi qayğı və dəstəyi yüksək qiymətləndirmişlər.
Sonda qonaqlara Gənclər Fondunun 5 illik geniş fəaliyyətini və dəstəklənmiş layihələrin təsvirini özündə əks etdirən bülleten nüsxələri hədiyyə olunmuşdur.