“EkoSivil Gənclik” layihəsi başa çatdı

388

“Ekosivil Gənclik” layihəsinin əsas məqsədi gəncləri davamlı inkişaf konsepsiyası haqqında dərindən məlumatlandırmaq, ekologiya və yaşıl iqtisadiyyat sahələrinə marağı artırmaq və gənclərin “yaşıl fəaliyyət”-ini stimullaşdırmaq idi.
20-ci əsrin sonlarında Yer kürəsində mövcud təbii ehtiyyatların azalması, bəzi hallarda isə tükənməsi, ətraf təbii mühitin çirklənməsi və pozulması kimi məsələlər kəskinləşdi və nəhayət ki, bəşəriyyəti düşündürməyə başlayıb. Elə o zamanlar sivilizasiyanın yeni mərhələsinə keçidin zəruriliyi konsepsiyası ortaya çıxıb. Davamlı insan potensialına əsaslanan ekolojı sivilizasiyaya keçid prosesinin ən əsas amili insandır. Yaşıl iqtisadiyyatı yalnız “yaşıl təfəkkür”-ə malik olan, sosial məsuliyyətini dərk edən insanlar həyata keçirə bilər. Bu səbəbdən ekoloji sivilizasiyaya keçidin idarə edilməsində təhsil və məlumatlandırmanın rolu olduqca əhəmiyyətlidir.
3 gün davam edən “Ekosivil Gənclik” layihəsi çərçivəsində “Davamlı inkişaf konsepsiyası”,  “Davamlı inkişaf hədəfləri”, “Ekoloji düşüncə və təfəkkür”, “Ekoloji Start-up”,  “Biznes və ekologiya arasında qarşılıqlı əlaqələrin qurulması” mövzusunda təlimlər, həmçinin ekoloji və ümumi biliklər üzrə “Xəmsə” intellektual oyunu və müxtəlif komanda işləri keçirilib. Layihənin sonunda iştirakçılar öz “yaşıl” start-up ideyalarını təqdim edib və Şəhadətnamə ilə mükafatlandırılıblar.