“Gənclər arası Şahmat Çempionatı-Bərdə” layihəsi həyata keçirildi

213

Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun dəstəyi, Bərdə rayon Təhsil şöbəsi və “Odlar Yurdu” Gənclər İctimai Birliyinin tərəfdaşlığı ilə Gülnar Abışovanın rəhbərliyi ilə fərdi layihə  olan Gənclər arası Şahmat Çempionatı-Bərdə uğurla yekunlaşdı.
Belə ki, 8-9-10 fevral tarixlərində seçim, yarım final oyunları keçirilən çempionatın 11 fevral tarixində isə final və bağlanış mərhələsi həyata keçirildi. Layihənin sonunda bütün iştirakçılara şəhadətnamələr, qalib yarışmaçılara isə müxtəlif hədiyyələr təqdim olunub.
Məlumat üçün bildirək ki, layihənin əsas məqsədi gənclərin intellektual inkişafına dəstək olmaq, onların asudə vaxtlarını səmərəli, maraqlı təşkil etmək və gənclər arasında şahmat oyununa maraq artırmaqdır.