Zərdab rayonunda “Milli Məfkurəmiz” adlı layihə çərçivəsində tədbir keçirildi

525

8 fevral 2017-ci il tarixdə Zərdab rayon Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun dəstəyi ilə aktiv gənc, idman ustası Nərmin Camalzadənin “Milli Məfkurəmiz” adlı layihəsi çərçivəsində tədbir keçirildi. Tədbiri giriş sözü ilə Zərdab rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Ələkbər Kərimov açaraq iştirakçıları salamladı, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda həyata keçirilən Gənclər Siyasətindən bəhs etdi. Layihə rəhbəri Nərmin Camalzadə Layihə barədə məlumat verərək, bu istiqamətdə görüləcək işlərdən danışdı. Layihənin təlimatçısı, eyni zamanda Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin Şura üzvü Mədinə Əliyeva çıxış edərək Azərbaycançılıq ideologiasının formalaşmasında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışdı, bu ideologoyanın ölkəmizə qarşı yönəlmiş mənfi amillərin qarşısında sipər olduğunu diqqətə çatdırdı.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş etdirildi, mövzu ətrafında müzakirələr aparıldı.