“Təmiz ətraf mühit gənclərin arzusudur” adlı layihə başa çatdı

438

Azərbaycan Respublikasının Prezidenti yaninda Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Təmiz ətraf mühit gənclərin arzusudur!” devizi altında Qax, Zaqatala və Balakən rayonlarında maarifləndirmə kompaniyaları təşkil olunmuşdur. Layihənin məqsədi gənclərin maarifləndirilməsi, təbiətin dostu olaraq onu qorumaq, ətraf aləmə biganə yanaşmamaq, sağlam ətraf mühitin təmin olunmasında aktiv iştirak etməyi təlqin etməkdir.
Aynur Həşimovanın rəhbərliyi ilə təşkil olunan maarifləndirmə kompaniyalarında təlimçi Sarxan Hacıyev, könüllülər Nurlan Şibliyev, Anar Əliyev və s. şəxslər iştirak edirdi. Noyabr – fevral ayları ərzində keçirilən maarifləndirmə kompaniyalarında 200-ə yaxın gənc iştirak etmişdir. Gənclər bu təlimlərdə iştirak etməklə bərabər gələcəkdə yaşadıqları yerdə hansı ekoloji vəziyyəti görmək istəyirlər mövzusunda qrup işləri işləmiş və çoxlu təkliflər irəli sürmüşlər. Layihə çərçivəsində bu təkliflər aiddiyyatı orqanlara təhvil veriləcək və gənclərin istəklərinin reallaşmasına çalışılacaq.