“Peşə təlimi zəmanətli gələcəkdir!” layihəsi çərçivəsində növbəti təlim həyata keçirilib

384

Fərid Məmmədov Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə “Peşə təlimi zəmanətli gələcəkdir!” layihəsi çərçivəsində növbəti təlim həyata keçirilib.
Layihə çərçivəsində növbəti tədbir Bakı şəhərində 34 saylı Texniki Yaradıcılıq Mərkəzində həyata keçirilib. Təlimlər bu sahədə təcrübəli təlimçi Məmmədova Ülvi tərəfindən həyata keçirilib.
Təcrübə göstərir ki, texniki peşə təhsili bütövlükdə təhsil sisteminin aparıcı istiqaməti olmaqla, cəmiyyətin sosial mənəvi və iqtisadi inkişafında fərdlərin iştirakını təmin edir. Layihənin əsas məqsədi də gəncləri peşə təlimi və bu sahənin ixtisasları ilə bağlı məlumatlandırmaqdır. Gənclərə həm peşə mahiyyəti, həm də gələcək üçün doğru seçim barəsində məlumatlar verilib, peşə təhsilinin əhəmiyyəti ətrafında söhbətlər aparılıb. Təlimlər interaktiv və diskussiya formasında həyata keçirilib.