“Beyin Həmləsi” Bərdə şahmat çempionatı keçirilib

269

Bərdədə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Beyin Həmləsi” Bərdə Şahmat Çempionatı keçirilib.
Əsas məqsədi gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması və eləcə də şahmat idmanının gənclər arasında təbliği olan layihədə 30 nəfər uşaq və yeniyetmə iştirak edib. Layihə rəhbəri Rəvan Məmmədovdan aldığımız məlumata görə layihəyə cəlb olunmuş 30 uşaq və yeniyetmənin arasında baş tutmuş çempionat 8 turdan ibarət olmuşdur. Çempionatda iştirakçılar 3 yaş qrupunda mübarizə aparmış və qaliblər medal və diplomlarla təltif olunmuşlar. Təltif etmə mərasimində Bərdə rayon Şahmat Uşaq Gənclər İdman Məktəbinin müəllim və hakim heyyəti ilə yanaşı Bərdə rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi, QHT nümayəndələri və eləcə də valideyinlər iştirak etmişlər.
Çempionatın keçirilməsinə Bərdə rayon Şahmat Uşaq Gənclər İdman Məktəbi ilə yanaşı Bərdə rayon Gənclər və İdman İdarəsi də yaxından dəstək olmuşdur.