“Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə” adlı layihə həyata keçirilib

409

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə Azərbaycan Respublikası Uşaq və Tələbə Gənclər Dünyası İctimai Birliyi “Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə”  adlı layihəni Binəqədi rayonunun 135, 267, 283 saylı məktəblərində uğurla həyata keçirmişdir.
Layihənin məqsədi uşaq və gənclərin maarifləndirilməsi, cəmiyyətin gələcək sağlam inkişafına bu yolla töhfə verilməsidir.
“Azərbaycan gəncliyi daha yaxşı gələcək uğrunda fəaliyyətdə” layihəsi sağlam həyat tərzi, gender bərabərliyi, QİÇS, erkən nikahlar problemləri haqqında məlumat verilmişdir.
Sonda iştirakçılar sertifikatlarla mükafatlandırıldı, maarifləndirici bukletlər paylanıldı. Bununla da, layihənin icrası uğurla başa çatdı.