“Qarabağın Səsi” esse müsabiqəsi davam edir

452

Azərbaycan Respublikasının Prezidentinin yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə VIII qrant müsabiqənin qalibi olmuş Həcər Şirinovanın “Qarabağın Səsi” esse müsabiqəsi adlı layihəsi davam edir.
Şagirdlərlə görüşlər keçirilir, onlara layihənin məqsədi – Qarabağ müharibəsinin nəticələri olan Azərbaycanın ərazi bütövlüyünün pozulması, 20% ərazisinin Ermənistan tərəfindən işğal edilməsi, erməni təcavüzündən zərər çəkən qadınların faciələri ilə bağlı həqiqətləri ictimaiyyətə uşaqların dili ilə çatdırmaq barədə məlumatlar verilir.
Layihə rəhbəri Həcər Şirinova şagirdlərlə görüş zamanı onların nəzərinə çatdırıb ki, müsabiqədə iştirak edəcək bütün şagirdlərə sertifikatlar təqdim olunacaq, qalib qələn şagirdlərin inşaları isə kitabça şəklində çap ediləcək. Çap ediləcək kitabçalar ictimaiyyətə, o cümlədən, şagirdlərə paylanılacaq.