Məktəblilər arasında ictimai davranış qaydaları təbliğ olunub

310

Gənc ictimai fəal Samir Pənəliyev Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyilə həyata keçirdiyi “Etika və ictimai davranış mədəniyyətinin təbliği” adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində ilk tədbir bu gün Bakının Xətai rayonundakı Zığ qəsəbəsində  Laçın rayon 28 saylı tam orta məktəbdə baş tutub.
Layihənin rəhbəri Samir Pənəliyev Azərbaycan gənclərinin cəmiyyətdəki rolundan danışıb. Qeyd edib ki, dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunan gənc nəsil hazırda cəmiyyətin avanqardına çevrilib. S.Pənəliyev bildirib ki, Azərbaycanda gənclərin potensialının üzə çıxması üçün hər cür şərait var. “Bu isə ilk növbədə onunla bağlıdır ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir”, – deyə natiq bildirib.və Xüsusilə Gənclər Fondunun icraçı direktoru cənab Fərhad Hacıyevə öz təşəkkürün bildirib ki, biz gənclərin ictimai fəaliyyətinə bu cür şərait və imkan yaradır.
Layihənin eksperti, Jurnalist Araşdırmalarının Mərkəzinin sədri Seymur Verdizadə gənclərin fərdi layihələrin icrasına marağının artmasını müsbət hal kimi qiymətləndirib. Jurnalist deyib ki, yeniyetmə və gənclərimiz aarsında ictimai davranış qaydalarının təbliğ olunması zamanın tələbidir: “Cəmiyyət akvarium deyil. Yaşından, peşəsindən asılı olmayaraq, hər bir vətəndaş cəmiyyətin bir parçası olduğu üçün etik normalara və ictimai davranış qaydalarına əməl etməlidir. Unutmaq olmaz ki, başqasının azadlğı başladığı yerdə bizim azadlığımız bitir. Yeniyetmə və gənclərimiz cəmiyyətdə sağlam mövqe tutmaq istəyirlərsə, etik qaydalara riayət etməli, özlərinin mədəni səviyyələrini artırmağın qeydinə qalmalıdırlar”.
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov məktəbliləri milli ideologiya ilə silahlanmağa, xalqımızın tarixini, ədəbiyyatını, incəsənətini dərindən öyrənməyə səsləyib.
Laçın rayon 28 saylı tam orta məktəbin direktoru Nofəl İsmayılov gənc nəslin yetişməsində pedaqoji kollektivin üzərinə düşən vəzifələrdən danışıb.
N.İsmayılov bildirib ki, etika və ictimai davranış mədəniyyəti Yeniyetmələrə  hələ orta məktəb illərində aşılanmalıdır.
Direktor rəhbərlik etdiyi kollektivin bu işin öhdəsindən uğurla gəldiyini vurğulayıb.
Analoji layihələrin əhəmiyyətini yüksək qiymətləndirən N.İsmayılov vətəndaş cəmiyyət institutları və ictimai fəallarla əməkdaşlığı bundan sonra da davam etdirəcəklərini bildirib.