Üzeyir Hacıbəyov adına Milli Musiqi Olimpiadasına qeydiyyat elan olunur

67

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilati dəstəyi ilə “Üzeyir Hacıbəyov adına Milli Musiqi Olimpiadası” layihəsinin icrasına başlanılıb.
Layihənin həyata keçirilməsində məqsəd gənclər və tələbələrin dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun yaradıcılığ fəaliyyətinin araşdırması, gәnclәrin Azәrbaycan mәdәniyyәtinin tәbliğinә cәlb edilməsi, milli musiqimizin təbliği, istedadlı tələbələrin üzə çıxarılmasına şərait yaratmaq və gənc musiqisevərlərin bu istiqamətlərdə stimullaşdırılmasıdır.
Layihə çərçivəsində olimpiada təşkil olunacaq. Olimpiada sualları Üzeyir Hacıbəyovun həyat və yaradıcılığını, milli musiqimiz və onun tarixini, musiqi nəzəriyyəsini əhatə edəcək. Layihəyə qatılmaq istəyən tələbə-gənclər 7 yanvar 2017-ci il tarixinədək elektron qeydiyyatdan keçərək müraciət edə bilərlər: http://www.atgti.az/post/2614
Qeyd edək ki, sözügedən olimpiadada yüksək nəticə toplamış tələbələr təltif olunacaqlar.

Əlavə məlumat üçün +99412 493-96-24 (dax. 107), +99470 992-22-73 telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.