“Vətən Məni Yetişdirib” Vətənpərvər Musiqi Müsabiqəsi keçiriləcək

360

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Vətən Məni Yetişdirib” Vətənpərvər Musiqi Müsabiqəsi keçiriləcək.
Müsabiqədə Həvəskar ifaçılar iştirak edə bilərlər. Belə ki, iştirak etmək üçün xüsusi musiqi təhsili və ya başqa bir tələb yoxdur.
Bütün iştirakçılar sertifikat ilə təltif olunacaqlar.
Qaliblər isə diplom və mükafat əldə edəcəklər.

QEYDİYYAT QAYDALARI:
1. Musiqi müsabiqəsində peşəkar və ya həsəvkar, o cümlədən peşəkar səhnəyə ilk addımlarını atmaq istəyən gənc ifaçılar qatıla bilərlər
2. Müsabiqədə 14 – 29 yaş arası olan hər bir şəxs iştirak edə bilər
3. Müsabiqənin əsas şərti ifa edilən mahnının və ya musiqinin vətənpərvərlik mövzusunda olmasıdır
İştirakçıların qeydiyyatı 01 dekabr tarixindən aparılır.
İştirakçılar qeydiyyat üçün aşağıda qeyd olunan keçiddə məlumatları doldurmalıdırlar.
Qeydiyyat məlumatlar göndərilən tarixdən sonra 2 gün ərzində təsdiqlənir.
Musabiqə 24 dekabr tarixində baş tutacaqdır.

QEYDİYYAT BLANKI

Əlaqə:
Mob: +99470 8586995
E-mail: xasqasim@gmail.com