“Gənclər üçün Kargüzarlıq Təlimləri” adlı layihəyə yekun vurulub

196

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclər üçün Kargüzarlıq Təlimləri” adlı layihənin təlimlərinə yekun vurulub. Layihə çərçivəsində Bakı şəhərində 3 gün, hər gün 30 yeni iştirakçı cəlb olunmaqla ümumilikdə 90 nəfər tələbə – gəncin iştirakı ilə kargüzarlıq təlimləri keçirilmişdir. Keçirilən təlimlər böyük maraqla qarşılanmış və təlim iştirakçıları kargüzarlıq işi və onun təşkili haqqında faydalı bilgilər ədlə etmişər.
Təlimlərdə giriş sözü ilə çıxış edən layihə rəhbəri Həzrət Bədiyev iştirakçılara layihənin məqsədi və təlimlərin  önəmi haqqında məlumat vermişdir. O, qeyd etmişdir ki, layihənin əsas məqsədi rəsmi-işgüzar üslübun norma və tələblərinin, bu üslubda yazılan sənədlərin formalarının gənclərə daha dərindən öyrədilməsi və onların kargüzarlıq işi və onun təşkili haqqında məlumatlandırmaqdır. Layihə rəhbəri bütün iştirakçılara uğurlar arzu edərək, layihənin onlar üçün iş həyatında faydalı olacağına ümid etdiyini vurğulamışdır.
Daha sonra layihədə təlimçi-ekspert kimi çıxış edən İnsan Resursları üzrə mütəxəssis Vüsal Qasımov təlimlər aparmış və iştirakçılara aşağıdakı istqamətlər üzrə faydalı məlumatlar vermişdir:
– Kargüzarlıq işi və onun təşkilinin praktiki əhəmiyyəti
– Ümumi və sahəvi kargüzarlığın təşkili prinsipləri
– Sənədlərin tərkibi və hazırlanması vasitələri
– Sənəd rekvizitləri və onların müəyyən edilmə qaydası
– Sənəd rekvizitlərinin nümunəvi formaları
– Xidməti sənədlərin hazırlanması, rəsmi şəklə salınması və çoxaldılması
– Təşkilati-Sərəncamverici sənədlər, onların tərtibi və rəsmiləşdirilməsi
– Məlumat-Arayış sənədləri və onların tərtib qaydası
– Kadr sənədləri
– Aktlar, onların rəsmiləşdirilməsi və tərtib edilmə qaydası
– Sənədlərin sistemləşdirilməsi və onların arxivə verilməsi üçün hazırlanması qaydası.

Hər bir təlimin sonunda iştirakçıların sualları cavablandırılmış və bütün təlim iştirakçılarına sertifikatlar , kargüzarlıq haqqında faydalı məlumatları özündə əks etdirən bukletlər və digər paylama matrealları təqdim olunmuşdur.