“Qarabağ haqqında düşündüklərim, bildiklərim” layihəsi çərçivəsində tədbir keçirilmişdir

196

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Qarabağ haqqında düşündüklərim, bildiklərim” layihəsi çərçivəsində Bakə şəhəri Nəsimi rayonunun ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə tədbirlər keçirilmişdir.
Tədbirdə Azərbaycanın keçdiyi müstəqillik yolundan bəhs olunub. Həmçinin Dağlıq Qarabağ, Ermənistan- Azərbaycan münaqişəsi mövzusunda maraqlı fikir mübadiləsi aparılıb.
Tədbirin açılışını edən layihə rəhbəri Abbas Pənahov diqqəti  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yönəldərək gənclərə münaqişənin tarixi, siyasi və hüquqi aspektləri, beynəlxalq təşkilatlar tərəfindən münaqişə ilə bağlı qəbul olunmuş sənədlər və münaqişənin nizamlanmasına dair dövlətimizin mövqeyi barədə məlumat verib.
Layihə çərçivəsində hazırlanmış video-çarx tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Video-çarxda Azərbaycanın qədim yaşayış məskəni olan Qarabağın mədəniyyəti, əhalisi, inzibati ərazisi və tarixi haqqında maraqlı məqamlar öz əksini tapıb.
Dövlət müstəqilliyimizin bərpasının 25 illik yubileyi ərəfəsinə təsadüf edən tədbirlər çərçivəsində gənclərə layihə haqqında məlumatları əks etdirən kitabçalar paylanılmışdır.