“Sərhədsiz Azərbaycan” Foto-Forum layihəsi çərçivəsində foto-müsabiqə keçirilir

140

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Azərbaycan Fotoqraflar Birliyinin təşkilatı dəstəyi ilə həyata keçirilən “Sərhədsiz Azərbaycan” Foto-Forum layihəsi çərçivəsində aşağıda qeyd olunan mövzular üzrə foto-müsabiqə keçirilir. Foto-müsabiqənin mövzuları:
a) Azərbaycan uğurları fotolarda (Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən lentə alınmış kadrlar)
b) Azərbaycanın mədəni irsi yaşayan tarix (tarixi-memarlıq abidələrinin, milli mətbəxinin, qədim sənət növlərindən nümunələrin, multikulturalizmin və s. bu kimi milli-mənəvi dəyərləri əks etdirəcək kadrlar)
c) Azərbaycan sosial-iqtisadi inkişaf nümunə model (paytaxt Bakıda və yaxud regionlarda aparılan abadlıq və quruculuq işlərini, regionlarımızda olan turizmin, kənd təsərüfatı sahələrinin və s. qeyri-neft sektoru sahələrinin inkişafını əks etdirəcək kadrlar)
Müsabiqəyə göndəriləcək fotolar bu göstəricilərə cavab verməlidir:
– “Sərhədsiz Azərbaycan” Foto-Forumu çərçivəsində qeyd olunan müsabiqənin mövzularına uyğun olmalıdır. – Heç bir fotomüsabiqədə iştirak etməməlidir.
– Plagiat olmamalıdır və KİV-də yayımlanmış foto olmamalıdır.
– Göndərilmiş foto-şəkil JPEG formatında olmalıdır və həcmi 2 MB-dan az olmamalıdır.
– Müsabiqədə iştirak edən fotonun müəllif hüquqları qorunmalıdır.
– Tələb olunduğu halda şəklin təqdim edən şəxs tərəfindən çəkildiyini sübut etmək iqtidarında olmalıdır.
– Hər bir mövzu üzrə maksimum 5 ədəd foto şəkil göndərmək olar.
Foto müsabiqədə iştirak etmək istəyənlər aşağıda qeyd olunan mövzulara uyğun lentə aldıqları fotoları “Sərhədsiz Azərbaycan” başlığı altında serhedsizazerbaycan@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.
E-maildə mütləq Ad, Soyad, Telefon №, müsabiqədə iştirak edəcək fotolar və hansı mövzuya aid olduqları əlavə olunmalıdır.
Fotoların son göndərilmə tarixi 21.10.2016-cı il saat 18:00
Layihə rəhbəri: Pəri Bəndəliyeva
Əlaqə vasitələri:
Mob: (+994) 050 330 37 47
E-mail: peri.arifqizi@gmail.com