Teymur Mustafayev – “Qəhrəmanlar Unudulmur”

469

Mən Teymur Mustafayev Azərbaycan Dövlət Bədən Bərbiyəsi və İdman Akademiyasının IV kurs tələbəsi və akademiyanın Tələbə Gənclər Təşkilatının sədr müavini, YAP Nərimanov rayon Gənclər Birliyinin idarə heyətinin üzvü,  “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin İdman departamenti üzrə katibiyəm. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun elan etdiyi VII qrant müsabiqəsinin vətənpərvərlik mövzusunda “Qəhrəmanlar Unudulmur” adlı layihə ilə qalib olmuşam. Layihə ilə bağlı Gənclər Fondu tərəfindən 2600 manat məbləğində vəsait ayrılmışdır.
Fond haqqında ilk dəfə məlumatı Nərimanov rayon Gənclər və İdman İdarəsindən almışam.
Hər zaman Vətənpərvərlik bağlı layihə keçirməyi arzulayırdım. Akademiyada təhsil aldığım müddətdə bu sahədə bir çox layihələrdə iştirakımı nəzərək alaraq bir qism gənclərin  Milli və Sovet İttifaqı Qəhrəmanlarımızı tanımaması, Azərbaycanın Qəhrəman oğullarının gənclər arasında təbliği, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi olunması əlaqədar “Qəhrəmanlar Unudulmur” adlı sərgi keçirməyə qərara aldım. 2 günlük sərgi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə yardımı və Nərimanov rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyi ilə keçirilmişdir. Layihə 18-29 yaşlı gənclər üçün nəzərdə tutulmuşdu. Sərgidə Sovet İttifaqı Qəhrəmanları Həzi Aslanovun, Mehdi Hüseynzadənin, Səlahəddin Kazımovun, İsrafil Məmmədovun, Məzahir Quliyevin və digər qəhrəmanların fotoları nümayiş etdirilmişdir.
Layihənin icrası zamanı sərgidə iştirak edən 18-29 yaşlı gənclər üçün layihənin mahiyyəti, qəhrəmanlarımızın göstərdiyi şücaət həmçinin keçdikləri həyat yolu haqqında ətraflı məlumat verilmişdi. Bu da sərgidə iştirak edənlər üçün faydalı olmuşdu.
Azərbaycan Gənclər Fondunun VII qrant müsabiqəsinin qalibi olaraq onu deyə bilərəm ki, dövlətimiz gənclərimizin potensialının və bilik-bacarıqlarının artırılması, fərdi inkişafları həmçinin dünyagörüşlərinin formalaşması üçün bir sözlə gənclərimiz üçün bütün imkanları yaradır. Məhz buna bariz nümunə kimi Gənclər Fondunun dəstəyilə vətənpərvərlik mövzusunda həyata keçirmək arzusunda olduğum layihəmi həyata keçirilməsi mühüm rol oynadı. Gənclərə göstərdiyi diqqət və qayğıya görə ölkə başcısı Cənab Prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm.