Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsinin nəticələri

2762

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 18 dekabr 2015-ci il – 15 yanvar 2016-cı il tarixlərində 8-ci qrant müsabiqəsini keçirmişdir. Müsabiqə çərçivəsində Fonda “A” (yerli layihələr), “B” (beynəlxalq layihələr) və “C” (fiziki şəxslərin layihələri) kateqoriyaları üzrə 1849 layihə təklifi daxil olmuşdur.

Fondun Müşahidə Şurasının qərarına əsasən “A” kateqoriyası üzrə 144, “B” kateqoriyası üzrə 12 və “C” kateqoriyası üzrə 737 layihənin dəstəklənməsi məqsədəuyğun sayılmışdır. Barələrində müsbət qərar qəbul olunmuş 893 layihənin maliyyələşdirilməsi üçün Fond tərəfindən 3.807.300 manat vəsaitin ayrılması qərara alınmışdır.

8-ci qrant müsabiqəsinin qaliblərinin siyahısı ilə tanış ola bilərsiniz:

Kateqoriya A   Kateqoriya B   Kateqoriya C