Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 7-ci qrant müsabiqəsinin nəticələri

1129

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 1 may – 1 iyun 2015- ci il tarixlərində 7-ci qrant müsabiqəsini keçirmişdir. Müsabiqə çərçivəsində Fonda “A” (yerli layihələr), “B” (beynəlxalq layihələr) və “C” (fiziki şəxslərin layihələri) kateqoriyaları üzrə 1126 layihə təklifi daxil olmuşdur.

Fondun Müşahidə Şurasının qərarına əsasən “A” kateqoriyası üzrə 111, “B” kateqoriyası üzrə 7 və “C” kateqoriyası üzrə 350 layihənin dəstəklənməsi məqsədəuyğun sayılmışdır. Barələrində müsbət qərar qəbul olunmuş 468 layihənin maliyyələşdirilməsi üçün Fond tərəfindən 2.562.800 manat vəsaitin ayrılması qərara alınmışdır.

7-ci qrant müsabiqəsinin qaliblərinin siyahısı ilə tanış ola bilərsiniz:

Kateqoriya A     Kateqoriya B     Kateqoriya C