Orxan Muxtarlı – Xarı Bül-bül

256

[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2015/01/orxan.jpg” ]

Mən Orxan Muxtarlı. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 5-ci qrant müsabiqəsinin Xarı Bül-bül qısametrajlı film layihəsi ilə qalib olmuşam. Layihəni həyata keçirmək üçün Gənclər fondu tərəfindən 3500 AZN dəyərində vəsait ayrılmışdır.

Gənclər Fondu haqqında sosial şəbəkələrdə məlumatlanıb, sonra fondun saytından qeydiyyatdan keçərək öz layihəmi təqdim etmişəm.

Layihəm ilə 2009-cu ildə ermənilərin “Axtamar ” adlı qısametrajlı filiminə cavab vermək istədim. Layihəni həyata keçirmək o qədər də çətin olmadı çünki toplaşan komanda yaradıcı gənclərdən ibarət idi və işə xüsusi həvəslə yanaşırdıq. Baxmayaraq ki, çəkiliş və montaj gecə saatlarına kimi davam edirdi.

Layihə həm daxili həm də xarici auditoriya üçün nəzərdə tutulub.Məqsədim Qarbağ əfsanəsi ilə bir daha Qarabağın Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu bildirmək, Xarı bül-bülü yenidən gənclərimizə tanıtmaq idi.

Gənclər Fondu mənim həyatımda neçə illik arzumun ilk qısametrajlı filimimin çəkilməsində önəmli rol oynadı. Bu ilk işimdən ruhlanaraq yenidən bu qisametrajlı filim seriyasını davam etdirmək haqqında düşünürəm.