Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 5-ci qrant müsabiqəsinin nəticələri

52

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 29 dekabr 2013-10 fevral 2014-cü il tarixlərində 5-ci qrant müsabiqəsini keçirmişdir. Müsabiqə çərçivəsində Fonda “A” (yerli layihələr), “B” (beynəlxalq layihələr) və “C” (fiziki şəxslərin layihələri) kateqoriyaları üzrə 1065 layihə təklifi daxil olmuşdur.

Fondun Müşahidə Şurasının qərarına əsasən “A” kateqoriyası üzrə 135, “B” kateqoriyası üzrə 13 və “C” kateqoriyası üzrə 288 layihənin dəstəklənməsi məqsədəuyğun sayılmışdır. Barələrində müsbət qərar qəbul olunmuş 436 layihənin maliyyələşdirilməsi üçün Fond tərəfindən 2.581.600 manat vəsaitin ayrılması qərara alınmışdır.

5-ci qrant müsabiqəsinin qaliblərinin siyahısı ilə tanış ola bilərsiniz:

Kateqoriya A     Kateqoriya B     Kateqoriya C