Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Fotolimp” adlı foto-müsabiqənin icrasına başlanılmışdır.
Bir ay ərzində müxtəlif müəlliflər tərəfindən istənilən mövzuda foto-şəkillər qəbul olunacaq və bu foto-şəkillər layihənin qaydalarına uyğun gəldiyi təqdirdə müəlliflər iştirakçı statusu qazanacaqlar.
Sərgiyə çıxarılan foto-şəkillərin qiymətləndirilməsi aşağıdakı parametrlərlə keçirilir:
– Münsiflər heyəti sərgidə iştirak edən foto-şəkillərdən 3 (üç) ən yaxşı foto-şəkli seçəcək və bu 3 foto-şəkil müvafiq yerləri tutmaqla sərginin qalibi elan olunacaqlar;
– Qaliblər müvafiq mükafatlar əldə edəcəklər;
– Bütün iştirakçılar sertifikatlarla təltif ediləcəklər.
Foto-müsabiqənin şərtləri:
Müsabiqədə 14-29 yaş arası peşəkar fotoqraflar və foto həvəskarlar istənilən mövzuda çəkdikləri fotoları təqdim etməklə iştirak edə bilərlər. Təqdim olunan fotolar rəngli, eləcə də ağ-qara ola bilər.
Hər bir foto aşağıdakı məlumatla müşaiət olunmalıdır:
– Müəllifin adı və soyadı, təvəllüdü;
– Fotolar son 1 il ərzində çəkilməlidir;
– Fotolar 3000 piksel-ə qədər ölçüdə və JPEG, TIFF formatında 3-5 meqabayt (MB) ölçüdən az olmamalıdır;
– Bir müəllifdən 3-dən artıq iş qəbul edilmir;
– İnternetdən başqalarına məxsus fotoların mənimsənilməsinə icazə verilmir;
– Fotolarda loqotiplərdən, brendlərdən və imzalardan, eləcə də əvvəllər digər müsabiqələrdə iştirak etmiş işlərdən istifadəyə icazə verilmir;
– İştirakçının istəyi ilə fotolar götürülə və ya digərləri ilə əvəz edilə bilər;
– İctimai, mənəvi və etik normaları pozan fotoların iştirakına icazə verilməyəcək;
– Mobil telefonlar vasitəsilə çəkilmiş fotolar qəbul edilmir;
– Foto-redaktorda işlənmiş fotolar qəbul edilmir;
– İştirakçı fotoların müsabiqədə istifadəsinin üçüncü şəxslərin hüquqlarını pozmadığına zəmanət verir və bu cür hüquqların pozulmasına, eləcə də insan təsvirlərindən qeyri-qanuni istifadəyə görə hüquqi məsuliyyət daşıyır;
– Fotosunu təqdim edən iştirakçı həmin fotoya görə hüququn yalnız ona məxsus olduğunu təsdiq edir. Əks təqdirdə, o müsabiqədə iştirakdan kənarlaşdırılacaq.
Fotolar 10 noyabr 2016-cı il tarixinə qədər [email protected] elektron ünvanına, mövzu yerinə “foto-müsabiqə” qeyd edilməklə göndərilməlidir. Qeyd olunan tarixdən gec göndərilən foto-şəkillər qəbul edilməyəcək.
Layihə rəhbəri: Cavad Salmanlı